04/12/2018
17:33
1366
| A A A
Neftçi-nin idman direktoruna ağır cəza

AFFA İntizam Komitəsi “Neftçi”nin idman direktoru Ceyhun Sultanovu 10 oyunluq cəzalandırıb.

Goal.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb klub rəsmisinin Azərbaycan Premyer Liqasının XIII turunda “Sabah”la səfər oyunundan sonra Kütləvi İnformasiya Vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətməsidir. “Neftçi” C.Sultanovun davranışına görə 16000 manat cərimə olunub.

“Neftçi”nin futbolçusuları - Tural Axundov 33-cü, Baqali Dabo isə 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub onların hər birinə görə 200 manat cərimə ödəyəcək.

Oyunun 70-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Sabah”ın futbolçusu Vanderson Silvanın da cəza və cəriməsi eyni olub.

“Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. “Sabah” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödənilməlidir.

Qeyd edək ki, oyun “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.