06/12/2018
10:02
739
| A A A
Premyer Liqada ilin son oyunlarının hakim təyinatları müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunda keçiriləcək oyunların bütün təyinatları müəyyənləşib. 

Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Sabah"  və "Keşlə" arasındakı açılış matçını Orxan Məmmədov idarə edəcək. "Neftçi" - "Sumqayıt" dueli isə Rəvan Həmzəzadəyə həvalə olunub. 

"Zirə" - "Qarabağ" görüşü isə FIFA referisi Əliyar Ağayevə həvalə olunub. 

9 dekabr (bazar)

16:00. “Sabah” – “Keşlə”

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Alik Yunusov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Namiq Məstanov

Əlincə Arena.

17:00. “Zirə” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Dalğa Arena.

17:30. “Səbail” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Səbuhi Bayramov

Hakim-inspektor: Kərim Ağayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Bayıl Arena.

19:30. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cavanşir Yusifov, Ziya Nəsirov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Bakcell Arena.

Qeyd edək ki, “Səbail” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” qarşılaşmaları CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.