06/12/2018
10:21
546
| A A A
Azərbaycan Kubokunda 2018/2019-cu illər mövsümünə start verilir - YENİLƏNİR

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2018/2019-cu illər mövsümünə start veriləcək.

Goal.az xəbər verir ki, 8 komandanın iştirakı ilə keçiriləcək 1/8 finalmərhələsində 4 oyun baş tutacaq. Qarşılaşmaların ikisi bölgələrdə, ikisi isə paytaxtda təşkil olunacaq. Dörd Premyer Liqa komandası, I Divizion təmsilçiləri ilə qarşılaşacaq.

Mərhələ bir görüşdən ibarət olacaq və qalib komanda 1/4 finala vəsiqə qazanacaq. İlk üç matç saat 13:30-da, sonuncü görüş isə 17:00-da start götürəcək.

Qeyd edək ki, ötən mövsüm Azərbaycan Premyer Liqasında ilk 4 yeri tutan “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “Zirə” komandaları kubokda mübarizəyə 1/4 final mərhələsindən başlayacaq.

Azərbaycan Kuboku 1/8 final

6 dekabr 

13:30. “Ağsu” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Sabir Mütəllimov

Ağsu şəhər stadionu

13:00. “Kəpəz” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov

Hakim-inspektor: Azad Mütəllimov

AFFA nümayəndəsi: Ələddin Ələkbərov

Gəncə şəhər stadionu

13:00. “Qaradağ Lökbatan” – “Sumqayıt”

Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli

Hakim-inspektor: Ramiz Əsədov

AFFA nümayəndəsi: İlham Əliyev

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

17:00. “Şüvəlan” – “Keşlə”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Mahal Məmmədov

“AZAL Arena”

Qeyd edək ki, “Qaradağ Lökbatan” – “Sumqayıt” və “Şüvəlan” – “Keşlə” görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.