06/12/2018
16:07
1494
| A A A
Azərbaycan Kubokunda üç komanda növbəti mərhələyə vəsiqə qazanıb

 Futbol üzrə Azərbaycan Kubokunda 2018/2019-cu illər mövsümünə start verilib.

Goal.az xəbər verir ki, 1/8 final mərhələsində 4 görüşdən 3-ü artıq yekunlaşıb. Premyer Liqa klubları I Divizion təmsilçiləri ilə qarşılaşıb.

Bir görüşdən ibarət olan dueldə "Səbail" Gəncədə "Kəpəz"i, "Sumqayıt" isə paytaxtda "Qaradağ Lökbatan"ı böyük hesabla məğlub edib. Hər iki qarşılaşmada eyni hesab qeydə alınıb - 4:0. 

Azərbaycan Premyer Liqasının debütantı "Sabah" Ağsuda eyniadlı komandanı 3 cavabsız qolla üstələyib.

Bu nəticədən sonra hər üç komanda növbəti mərhələyə vəsiqə qazanıb. "Sumqayıt" 1/4 finalda "Neftçi", "Səbail" "Zirə", "Sabah" isə "Qəbələ" ilə qarşılaşaq. Mərhələ adlayan komandalar ilk oyunlarını səfərdə keçirəcəklər.

Qeyd edək ki, 1/8 finala bu gün keçiriləcək "Şüvəlan" - "Keşlə" görüşü ilə yekun vurulacaq. Bu cütün qalibi isə növbəti mərhələdə "Qarabağ"a rəqib olacaq.