07/12/2018
10:47
533
| A A A
Azərbaycan kubokunda 1/4 finalçılar müəyyənləşdi

 Azərbaycan kubokunda 1/4 final mərhələsinin cütləri dəqiqləşib.

Goal.az xəbər verir ki, cütlərin tərkibi bu gün keçirilən 1/8 final oyunlarından sonra bəlli olub.

Başa tutan 4 matçda yarışa 1/4 finaldan başlayanların rəqibləri müəyyənləşib. “Ağsu”nu 3 cavabsız qolla məğlub edən “Sabah” “Qəbələ”yə rəqib olub.

“Qaradağ Lökbatan”ı 4 qolla keçən “Sumqayıt” “Neftçi”, eyni hesabla “Kəpəz” üzərində qələbə qazanan “Səbail” “Zirə” ilə görüşəcək. “Şüvəlan” səddini 3 qolla adlayan “Keşlə” isə “Qarabağ”la üz-üzə gələcək.

1/4 final oyunları dekabrın 15-16 və 19-20-də keçiriləcək.

Azərbaycan kuboku
1/4 final

(15-19 dekabr)

7. “Neftçi” – “Sumqayıt”

8. “Zirə” – “Səbail”

(16-20 dekabr)

5. “Qəbələ” – “Sabah”

6. “Qarabağ” – “Keşlə”