07/12/2018
18:55
573
| A A A
Sumqayıt-dan rekord

“Sumqayıt” Azərbaycan kubokunda özünün ən böyükhesablı qələbəsini qazanıb.

Goal.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi 1/8 finalın “Qaradağ Lökbatan”la səfər matçında 4:0 hesabı ilə qalib gəlib. Bunadək Sumqayıtın eyniadlı təmsilçisinin kubokdakı yeganə böyükhesablı qələbəsi “Sabah”la ev görüşündə yaşanmışdı - 3:0.

Ümumilikdə isə Ayxan Abbasovun yetirmələri klub tarixinin rekordunu təkrarlayıb. 2010-cu ildə yaradılan komanda indiyədək 2 dəfə 4 top fərqilə qalib gəlmişdi. 2011-ci il aprelin 16-da 1-ci divizionun “Göyəzən”lə səfər matçında, 2013-cü il martın 11-də Premyer Liqanın “Turan”la ev oyununda da rəqibini 4 cavabsız qolla məğlub edən sumqayıtlılar, dünən klub tarixinin ən böyükhesablı qələbəsini təkrarlayıb.