22/12/2018
14:31
1064
| A A A
Neftçi-nin hazırlıq planı bəlli oldu

Neftçi Azərbaycan kubokunun 1/4 final mərhələsinin Sumqayıt-la cavab oyunundan sonra istirahətə buraxılıb.

Goal.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın üzvləri gələn il yanvarın 6-da bir araya gələcək. Ayın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək "Neftçi” həmin gün Türkiyəyə yola düşəcək.

Yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq Neftçi, ayın 18-də Gaz Metan (Mediaş, Rumıniya), 23-də isə Slovan (Liberets, Çexiya) klubları ilə yoxlama oyunu keçirəcək. Ayın 26-dakı rəqibin adı isə hələ bəlli deyil.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2076 səs