23/12/2018
14:38
907
| A A A
Səbail-in rəqibləri məlum oldu

Səbail-in qış fasiləsi dönəmində Türkiyənin Antalya bölgəsində keçirəcəyi 3 yoxlama matçında rəqibləri müəyyənləşib.

Goal.az xəbər verir ki, paytaxt təmsilçisi ilk sınaq matçını yanvarın 15-də Macarıstan təmsilçisi Agvital-a qarşı keçirəcək. Yanvarın 21-də Ukrayna Desna-sı ilə qarşılaşacaq Səbail, yanvarın 24-də Qazaxıstan Kaisar-ını sınağa çəkəcək.

Aftandil Hacıyevin baş məşqçisi olduğu kollektiv Antalyaya yanvarın 12-də yollanacaq.

Qeyd edək ki, Səbail Topaz Premyer Liqasında mövsümün ilk yarısını 21 xalla 3-cü pillədə başa vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15462 səs