28/12/2018
17:50
2013
| A A A
Rekordçular yer dəyişdi

Qış fasiləsinin əvvəli transferlərin zənginliyi ilə öyünə bilməz. 

Goal.az xəbər verir ki, Topaz Premyer Liqasındakı azsaylı futbolçu keçidlərindən ikisi diqqəti daha çox çəkir.

Turnir cədvəlinin ikinci yarısında qərarlaşan “Sumqayıt” və “Zirə” müdafiəçilərini dəyişib. Adil Nağıyev paytaxtdan “Gənclik şəhəri”nə, Bəxtiyar Həsənalızadə isə əks istiqamətdə hərəkət edib.

Bu transferlərin ən maraqlı məqamı isə hər iki oyunçunun rekordçu olmasıdır. Adil “Zirə”nin, Bəxtiyar “Sumqayıt”ın tarixində ən çox oyun keçirən futbolçusu. Özü də hər iki müdafiəçinin Premyer Liqa karyerasında yalnız bir klub olub.

Bu da o deməkdir ki, onların klubunu dəyişməsi ilə TPL-dəki sadiqliklərinə son qoyulacaq. “Sumqayıt”da 158 Premyer Liqa görüşünə çıxan Bəxtiyar hələ 2017-ci ildə Slavik Alxasovun rekordunu qıraraq klubunda “1 nömrə” olmuşdu. 83 çempionat oyununda “Zirə” forması geyinən Adil isə bir neçə tur əvvəl Viktor İqbekoyinin rekordunu arxada qoymuşdu.

Həsənalızadə hazırda Topaz Premyer Liqasında çıxış edən və burada yalnız bir klubda oynamış futbolçular arasında ən çox matça çıxan “beşlik”dədir. “Zirə”də debüt etdikdən sonra isə siyahıdan çıxacaq. Onu 5-ci pillədə Azərbaycanda yalnız “Qəbələ”də oynamış Dmitri Bezotosnı əvəzləyəcək.

Siyahıya isə Maksim Medvedev başçılıq edir – 271. Ümumiyyətlə, ilk “üçlük” “Qarabağ” üzvlərinin əlindədi. Düzdü, Ansi Aqolli də Bezotosnı kimi ölkəmizə gələnədək başqa klublarda oynayıb. Amma Azərbaycanda yalnız bir komandada forma geyinib. Ukraynalı qapıçı isə “beşlik”də ikinci “Qəbələ”li olacaq. Bəxtiyar siyahıdan çıxsa, “beşlik”də yalnız iki klubun təmsilçisi qalacaq.

futbolçu

klub

oyun

Maksim Medvedev

Qarabağ

271

Ansi Aqolli

Qarabağ

219

Qara Qarayev

Qarabağ

204

Ürfan Abbasov

Qəbələ

165

Bəxtiyar Həsənalızadə

Sumqayıt

158

Dmitri Bezotosnı

Qəbələ

106

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15037 səs