30/12/2018
14:40
1650
| A A A
Rəşad Sadiqov yeni ampluada

Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqov 2019-cu ildən Keşlə-nin uğurları üçün çalışacaq. 

Goal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi paytaxt klubunda oynayan məşqçi funksiyasını yerinə yetirəcək. O, Tərlan Əhmədovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq. Bununla, Sadiqov Premyer Liqaya yeni ampluada qayıdacaq. Ötən mövsüm Neftçi-də Əhmədovun rəhbərliyi altında bürünc medal qazanan Rəşad yeni klubunda çalışdırıcısının köməkçilərindən biri olacaq.

Qeyd edək ki, Azərbaycan millisində 26 matça çıxan Sadiqov futbolçu kimi Premyer Liqada Qarabağ, Neftçi, MOİK, Şəfa, Xəzər Lənkəran, Qəbələ və Zirə-nin formasını geyinib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2077 səs