07/01/2019
15:29
871
| A A A
Neftçi Bolqarıstan klubu ilə qarşılaşacaq

Yanvarın 13-dən 27-dək Türkiyənin Antalya bölgəsində məskunlaşacaq Neftçi-nin təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib. 

Goal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" yanvarın 26-da Bolqarıstan Beroe-si ilə qarşılaşacaq.

Qeyd edək ki, paytaxt komandası bu gün bir araya gələrək, məşqləri bərpa edəcək. Ayın 13-dək Bakıda təklim-məşq toplanışı keçəcək Neftçi həmin gün Türkiyəyə yola düşəcək. "Ağ-qaralar" ayın 18-də Qaz Metan (Mediaş, Rumıniya), 23-də isə Slovan (Liberes, Çexiya) komandaları ilə yoxlama oyunu keçirəcək.