08/01/2019
22:24
1355
| A A A
Qəbələ-də yeni məşqçi

Mövsümün ikinci yarısına hazırlıqları Bakıda davam etdirən "Qəbələ"nin məşqçilər korpusunda dəyişiklik baş verib.

Goal.az xəbər verir ki, Zaur Həşimov “qırmızı-qaralar”ın məşqçisi təyin olunub. O, Sənan Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 38 yaşlı məşqçi ilə ilyarımlıq müqavilə imzalanıb.

Həşimov futbolçu karyerası ərzində “Şəfa”, “İnter”, “MKT-Araz”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Sumqayıt”da, həmçinin Azərbaycanın əsas və aşağı yaş qruplarında çıxış edib. Komandamızın yeni çalışdırıcısı bunadək “Qarabağ” və “Zirə”də məşqçi, Azərbaycanın U-18 yığmasında baş məşqçi kimi fəaliyyət göstərib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2076 səs