06/02/2019
14:32
1309
| A A A
AFFA klubları cərimələdi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Goal.az xəbər verir ki, toplantıda Topaz Premyer Liqasının XV turunda baş verənlərlə bağlı qərarlar çıxarılıb.

"Zirə” – "Sabah” matçındahər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığıüçün klublar hərəyə 800 manat cərimə olunub.

Oyunun 25-ci dəqiqəsində "Sabah”ın 19 №-li futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.

Görüşün 62-ci dəqiqəsində "Zirə”nin 6 №-li futbolçusu Vüqar Mustafayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat ziyana salıb.

"Zirə” və "Sabah” matçın protokolunu vaxtında təqdim etmədiklərinə görə hər iki klub 800 manat cərimə ödəyəcək.

"Qəbələ” – "Sumqayıt” qarşılaşmasında hakimlər otağında lazımı inventarlar olmadığına görə klub 1600 manat ödəməlidir.

"Qarabağ” – "Neftçi” matçının 70-ci dəqiqəsində qonaqların 5 №-li futbolçusu Anton Krivatsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 90+2-ci dəqiqəsində "Qarabağ”ın 2 №-li futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.

Oyunun 10-cu dəqiqəsində "Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimələnib.

Matçdan əvvəl "Qarabağ”ın məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olduğuna görə klub 1600 manat ödəyəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7333 səs