07/02/2019
15:32
981
| A A A
Sabah – Qəbələ: 5-ci duel

Bu həftə Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçiriləcək.

Goal.az xəbər verir ki, Qəbələ mövsümün ikinci yarısında ilk səfər matçına çıxacaq. “Qırmızı-qaralar” Premyer Liqanın debütantı “Sabah”la üz-üzə gələcək.

Bu, rəqiblərin 5-ci oyunu olacaq. Əvvəlki 4 görüşün hamısı cari mövsümə təsadüf edib. Komandalar iki dəfə Premyer Liqa, iki dəfə Azərbaycan kubokunun 1/4 finalında üz-üzə gəliblər.

İlk matç debütantın minimal hesablı qələbəsi ilə başa çatsa da, sonrakı 3 görüşdə Sənan Qurbanovun yetirmələri qalib gəlib. 4 matçda hələlik heç-heçə qeydə alınmayıb. Məhsuldarlığın aşağı olduğu oyunlarda Qəbələ dörd qol vurub, ikisini buraxıb. Sabah-la qarşılaşmaların bombardiri Ceyms Adeniyidir. O, rəqib qapısına 2 dəfə yol tapıb.

Sabah-ın meydanındakı qarşılaşmalarda isə eyni hesab qeydə alınır. Hər iki görüşün taleyini 1 top həll edib. Çempionatda meydan sahibləri, kubokda Qəbələ qalib gəlib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28648 səs