09/02/2019
11:58
632
| A A A
Azərbaycanda qış transfer pəncərəsi bağlandı

Azərbaycanda 2018-2019 mövsümü üçün qış transfer pəncərəsi bağlanıb.

Goal.az-ın məlumatına görə, klublarımıza qış fasiləsində heyətlərini gücləndirmək üçün verilən 28 günlük müddət dünən gecə saat 00:00-da başa çatıb.

Qeyd edək ki, ölkəmizdə bu mövsüm qış transfer pəncərəsi yanvarın 12-də açılmışdı.

Neftçi

Gələnlər: Mamadu Mbodj (Jalgiris, Litva), Mamadu Kane (Kalum, Qvineya), Turan Vəlizadə (Qarabağ), Aqil Məmmədov (Qəbələ), Vangelis Platellos (OFİ, Yunanıstan)

Gedənlər: Rəşad Eyubov (Sabah), Rəşad Əzizli (Sumqayıt), Kvame Karikari (icarə, Əl Oruba BƏƏ), Slavko Braliç, Dario Federiko, (Daegue, Cənubi Koreya)

Müqavilə müddətini artıran: Yoxdur

Qarabağ

Gələn: Reynaldo Silva (Aktobe, Qazaxıstan), Hacıağa Hacılı (Qəbələ), Riçard Almeyda (icarə, Astana)

Gedən: Turan Vəlizadə (Neftçi), Coşqun Diniyev (Sabah)

Müqavilə müddətini artıran: Yoxdur

Səbail

Gələn: Elvin Yunuszadə (Sabah), Oleksandr Rıbka (Afyonspor)

Gedənlər: Edqar Paçeko, Emil Balayev (Tobol, Qazaxıstan)

Müqavilə müddətini artıran: Yoxdur

Sabah

Gələnlər: Rəşad Eyyubov (Neftçi), Təmkin Xəlilzadə (Qəbələ), Coşqun Diniyev (Qarabağ)

Gedənlər: Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov, Ülvi İbazadə, Elvin Yunuszadə (Səbail)

Müqavilə müddətini artıran: Yoxdur

Qəbələ

Gələn: Anar Nəzirov (Zirə), David Volkovi (Saburtalo, Gürcüstan)

Gedən: Təmkin Xəlilzadə (Sabah), Aqil Məmmədov (Neftçi)

Müqavilə müddətini artıran: Yoxdur

Sumqayıt

Gələnlər: Rəşad Əzizli (Neftçi), Adil Nağıyev (Zirə), Aydın Bayramov (Sabah), Peyman Babayi (icarə, Mashınsazi, İran), Peyman Keşavarz (Yasan Al-Vaste, Oman), Əmir Ağayev (Hapoel)

Gedənlər: Orxan Əliyev, Orxan Sadıqlı (icarə müddəti başa çatıb), Bəxtiyar Həsənalızadə (Zirə)

Müqavilə müddətini artıran: Yoxdur

Keşlə

Gələnlər: Vüsal İsgəndərli (Zirə), Con Kamara (Kaisar, Qazaxıstan), Valeri Kutsenko (Speranza, Moldova), Luis Anxelo Pena (Mineros, Venesuela)

Gedənlər: Bahodir Nasimov, Ebrima Sohna, Herve Tçami, Georgios Georgiadis, Elnur Cəfərov, Məmməd Quliyev, Orxan Sadıqlı (Zirə), Diallo Quidileye

Müqavilə müddətini artıran: Yoxdur

Zirə

Gələn: Bəxtiyar Həsənalızadə (Sumqayıt), Orxan Sadıqlı (Keşlə), Mfo Kqasvane (Baroka), İsmail Fofana (Vayvodina, Serbiya), Xulio Sezar Rodriqez (Deportivo Kapiata, Paraqvay), Robin Nqalande (Baroka)

Gedənlər: Adil Nağıyev (Sumqayıt), Vüsal İsgəndərli, Anar Nəzirov (Qəbələ)

Müqavilə müddətini artıran: Yoxdur

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7333 səs