Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulacaq.
Goal.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
İlk olaraq meydana Neftçi və Keşlə çıxacaq. Birincilərin meydanıda keçiriləcək görüş saat 14:00-da start götürəcək. Tərlan Əhmədovun yetirmələri Səbail-lə matçda darmadağın yaşadıqdan sonra lideri büdrətməklə xal hesabını artırmalıdır. “Ağ-qaralar” isə Qarabağ-la xal fərqinin əriməməsi üçün mütləq qalib gəlməlidir. Roberto Bordinin komandası fasilədən sonra tribunaya dönən Forza Neftçi-nin ad gününün ertəsi qələbə hədiyyə etməyə borcludur.
XVI turun son matçı Bayıl Arenada keçiriləcək. Mövsümün sürpriz komandası sayılan Səbail son sırada qərarlaşan Zirə-ni qəbul edəcək. Heç cür öz oyununu tapa bilməyən Samir Abasovun yetirmələri ciddi itkilərlə çıxacaqları görüşdə uğursuzluqlara son qoymağa çalışacaq. Aftandil Hacıyevin yetirmələri isə izləyiciləri ilə fərqin azalmaması üçün bu turu da itkisiz keçməlidir.
Topaz Premyer Liqası
XVI tur
10 fevral (bazar)
14:00. Neftçi – Keşlə
Bakcell Arena.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
16:30. Səbail – Zirə
Bayıl Arena.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Nail Nağıyev