11/02/2019
12:43
1525
| A A A
Mövsümün 150-ci qolu
Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün 150-ci qolu vurulub.
 
Goal.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu qola "Neftçi” – "Keşlə” (2:0) qarşılaşmasında hesabı açan flaqmanın yarımmüdafiəçisi Emin Mahmudov imza atıb.
 
Mövsümdə ilk qolu I turun "Sumqayıt”la oyununda (2:0) "Neftçi”nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolunu "Səbail”lə VI turda (4:0) onun komanda yoldaşı Dario Frederiko vurub. 100-cü top isə XI turun "Qəbələ” – "Qarabağ” görüşündə (1:3) hesabı açan meydan sahiblərinin futbolçusu Ceyms Adeniyinin aktivinə yazılıb.
 
Qeyd edək ki, "Keşlə” ilə qarşılaşmada komandasının hər iki qoluna imza atan Mahmudov karyerasında ilk dublu rəsmiləşdirib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7333 səs