11/02/2019
15:51
1313
| A A A
Zirə-dən 70-ci qələbə

Zirə yubiley qələbəsini qazanıb.

Goal.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib.

Səfərdə Səbail-ə 2:0 hesabı ilə qalib gələn “Qartallar”ın qələbəsi klub tarixində 70-ci olub. Yubiley qələbəsi 154-cü matçda gerçəkləşib. Bunlardan 42-si Premyer Liqa, 19-u Birinci divizion, 7-si Azərbaycan kuboku, 2-si Avropa Liqasında qeydə alınıb.

“Bayıl Arena”da əldə olunan nəticə həm də Premyer Liqada 15-ci, ümumilikdə isə 30-cu səfər qələbəsi kimi tarixə düşüb. Zirə rəqib meydanlarında 54-ü Premyer Liqada olmaqla 78 qarşılaşmaya çıxıb.

Qeyd edək ki, “Qartallar” cari mövsümdə Premyer Liqada ilk dəfə səfərdə 3 xal qazanıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7333 səs