12/02/2019
14:50
2148
| A A A
Klublara cərimə, futbolçulara və məşqçiyə cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Goal.az xəbər verir ki, İK Azərbaycan Premyer Liqanın 16-cı turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

"Sabah” – "Qəbələ” matçının 25-ci dəqiqəsində "Sabah"ın futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub Oyunun 90+5-ci dəqiqəsində "Qəbələ”nin rəsmi protokolda baş məşqçisi Zaur Haşımov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat сərimə olunub.

"Sumqayıt” – "Qarabağ” matçında "Sumqayıt”ın 5 , "Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub..

"Səbail” – "Zirə” matçının 81-ci dəqiqəsində "Səbail”in futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

"Neftçi” – "Keşlə” matçında "Keşlə"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28650 səs