09/03/2019
09:47
684
| A A A
Topaz Premyer Liqasında XX tura start verilir

Bu gün Topaz Premyer Liqasında XX tura start veriləcək.

Goal.az xəbər verir ki, ilk gündə 2 qarşılaşma baş tutacaq.

Turun açılış oyununda autsayder mövqeyində qərarlaşan Keşlə Sabah-ı qəbul edəcək. Meydan sahibləri qələbə qazanmaqla Zirə-ni arxada qoya bilərlər. Sabah isə avrokubok yarışından qopmamaq üçün 3 xala ehtiyac duyur.

Saat 16:00-da başlanacaq görüşü Rəhim Həsənov idarə edəcək.

Günün ikinci oyununda isə çempionluq uğrunda mübarizə aparan Qarabağ Zirə ilə üz-üzə gələcək. Ağdam təmsilçisi qələbə qazanmaqla zirvəyə yüksələcək. Qonaqlar isə aşağı pillələrdən yaxa qurtarmaq üçün 3 xala ehtiyac duyur.

Saat 18:30-da başlanacaq görüşü Rauf Cabarov idarə edəcək.

9 mart 2019

Topaz Premyer Liqası

20-ci tur

16:00. Keşlə - Sabah

Baş hakim: Rəhim Həsənov

ASK Arena

18:30. Qarabağ - Zirə

Baş hakim: Rauf Cabarov

Tofiq Bəhramov adına Respublika Stadionu

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2985 səs