10/03/2019
09:47
1286
| A A A
Topaz Premyer Liqasında XX tura yekun vurulur

Bu gün Topaz Premyer Liqasında XX tura yekun vurulacaq.



Goal.az xəbər verir ki, hər iki oyun paytaxtdan kənarda keçiriləcək.

Günün ilk qarşılaşmasında Qəbələ Səbail-i qəbul edəcək. Dördüncü pillədə qərarlaşmış meydan sahibləri bir pillə önündəki rəqibi ilə arasındakı xal fərqini azaltmaq üçün qələbə qazanmaq əzmindədi. Əks halda “qırmızı-qaralar”ın “ilk üçülük” şansı təhlükəyə düşəcək. Paytaxt təmsilçisi isə izləyicisindən uzaqlaşmaq, ən pis halda xal fərqini qorumaq üçün səfərdə məğlub olmamalıdır.

Turun son oyunu Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası Neftçi-ni qəbul edəcək. Qarabağ-ın xal itirməsi ilə vahid lider olmaq şansı əldə edən “ağ-qaralar” “gənclik şəhəri”ndən qələbə ilə dönməlidir. Meydan sahibləri isə Keşlə-nin qələbəsi və Zirə-nin heç-heçəsi fonunda geri qalmamaq üçün var gücü ilə mübarizə aparacaq.

Topaz Premyer Liqası

XX tur

10 mart (bazar)

14:00. Qəbələ – Səbail

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Rövşən Rəcəbov

Qəbələ şəhər stadionu

16:30. Sumqayıt – Neftçi

Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Nicat İsmayıllı

Kapital Bank Arena

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16310 səs