11/03/2019
12:49
771
| A A A
Qarabağ-dan 75-ci heç-heçə

Azərbaycan Premyer Liqasının 20-ci turunun “Zirə” ilə görüşü “Qarabağ” üçün yubileylə əlamətdar olub.

Goal.az PFL-ə istinadən xəbər verir ki, öz meydanında 0:0 hesablı heç-heçə edən Ağdam klubu Azərbaycan çempionatlarında 75-ci dəfə evdə 1 xal qazanıb.

1992-ci ildən keçirilən yarışda 379 dəfə öz meydanında qüvvəsini sınayan komanda bunların təxminən 19,8 faizində heç-heçə edib.

“Qarabağ” evdəki bərabərlik sayında ikinci yerdədir. Öz meydanında ən çox heç-heçə edən klub isə “Neftçi”dir. Bakılılar evdə 83 sülhə imza atıblar.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2985 səs