13/03/2019
14:21
2656
| A A A
Aqolli Qarabağ-da son oyununa çıxacaq

Azərbaycan Premyer Liqasının XXI turunda Ansi Aqolli Qarabağ-da son oyununu keçirəcək.

Goal.az xəbər verir ki, albaniyalı müdafiəçi martın 15-də Səbail-lə qarşılaşmadan sonra Ağdam klubu ilə vidalaşacaq.

37 yaşlı oyunçu bundan sonra karyerasını ABŞ-da davam etdirəcək. Belə ki, Albaniya millisinin sabiq kapitanı ikinci liqa təmsilçisi New-York Cosmos-la müqavilə imzalayıb.

Qeyd edək ki, Ansi Aqolli 2010-cu ilin yayından Qarabağ-ın formasını geyinir.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16313 səs