15/03/2019
18:01
983
| A A A
Zirə qələbə qazandı, Sumqayıt səfərdən xalla dönür

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.

Goal.az xəbər verir ki, eyni saatda iki oyun başlayıb. Sabah Sumqayıt-ı, Zirə isə Keşlə-ni qəbul edib.

Masazırda baş tutan matçda qalib müəyyənləşməyib - 1:1. Meydan sahiblərinin heyətində 28-ci dəqiqədə Marko Deviç ikinci sarı vərəqədən sonra meydanda qovulub. Bundan 3 dəqiqədə sonra isə Sabah-ın heyətində kapitan Cavid İmamverdiyev penaltidən yararlana bilməyib. Onun zərbəsi qapı dirəyinə tuş gəlib.

Görüşün 40-cı dəqiqəsində Elvin Məmmədovun sumqayıtlıları önə çıxarıb. 77-ci dəqiqədə Rəşad Eyubov hesabı bərabərləşdirib.

Zirə isə Keşlə-ni məğlub edib - 2:0. Meydan sahiblərinin heyətində Xulio Sezar Rodriqez 53-cü dəqiqədə penaltidən yararlana bilməyib. Buna baxmayaraq, hücumçu 68 və 79-cu dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb..

Bu nəticələrdən sonra xalını 21-ə çatdıran Zirə Sabah-la 5 və 6-cı pillələri bölüşür. Son iki sırada yer alan Keşlə və Sumqayıt-ın 19 xalı var.

Qeyd edək ki, tura saat 16:45-də start götürən Səbail - Qarabağ və 19:00-da başlayacaq Neftçi - Qəbələ oyunları ilə yekun vurulacaq.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2984 səs