15/04/2019
10:58
1184
| A A A
Azərbaycan kubokunda yarımfinalın ilk oyunlarının vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda yarıminal mərhələsinin ilk oyunlarının proqramı müəyyənləşib.

Goal.az-ın məlumatına görə, hər iki görüş eyni gündə paytaxtdan kənarda təşkil olunacaq. Əvvəlcə Qəbələdə eyniadlı komanda ilə Qarabağ üz-üzə gələcək. Daha sonra Sumqayıt Zirə-ni qəbul edəcək. Qarşılaşmalar “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan Kuboku

Yarımfinal, ilk oyun

23 aprel (çərşənbə axşamı)

16:00. Qəbələ – Qarabağ

Qəbələ şəhər stadionu

18:30. Sumqayıt – Zirə

Sumqayıt, “Kapital Bank Arena”.

Qeyd edək ki, cavab görüşləri mayın 1-də olacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15455 səs