15/04/2019
12:33
742
| A A A
Qarabağ rekordçu, Sabah antirekordçu

Qarabağ Azərbaycan Premyer Liqasının cari mövsümündə 5-ci böyükhesablı qələbəsini qazanıb.

Goal.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri əvvəlki turlarda Qəbələ-ni 4:1, Keşlə-ni 5:1, ZirəSumqayıt-ı eyni – 6:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Əyalət klubu bu göstəricidə mövsümün rekordçusudur. 13 belə nəticə 6 komandanın hesabına yazılıb. Qarabağ-dan başqa, Neftçi, Səbail və Keşlə hərəyə 2, Sumqayıt-la Qəbələ hərəyə 1 böyükhesablı qələbə qazanıb. 5-ci dəfə ağır məğlubiyyət alan Sabah antirekordçudur. Səbail, Sumqayıt, Keşlə hərəyə 2, Zirə və Qəbələ hərəyə 1 dəfə üç və ya daha çox top fərqilə uduzub.

Mövsümdə 5-ci böyükhesablı qələbə Qarabağ-a ilk dəfə turu lider kimi başa vurmaq imkanı yaradıb. Sonuncu dəfə çempion olduğu ötən mövsümdə 1-ci pillədə qərarlaşan ağdamlılar cari turnirdə zirvədə qərarlaşmamışdı. II turda ilk pilləyə yüksələn Neftçi isə ardıcıl 22 tur qərarlaşdığı mövqeni əldən verib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
8918 səs