09/05/2019
12:16
1025
| A A A
Ruslan Qurbanov Səbail-dən ayrılır

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ruslan Qurbanov mövsümün sonunda Səbail-dən ayrılacaq.

Goal.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu “Facebook”dakı səhifəsində məlumat yayıb.

Qurbanov paytaxt təmsilçisində daha çox forma şansı qazana bilmədiyinə görə, komandadan ayrılmağa qərar verdiyini bəyan edib:

“Səbail-in bütün əməkdaşlarına minnətdarlıq etmək istəyirəm ki, 1 il ərzində bizi dəstəklədilər və kömək etdilər. Onu da demək istəyirəm ki, klubda qalmayacağım dəqiqdi. Hələ ki, gipsdən sonra bərpa olunuram və danışıqlar aparıram. “Səbail”in azarkeşlərinə “çox sağ ol” deyirəm və komandaya Avropa Liqasında uğurlar arzulayıram. Bu qərarı qəbul etmək çətin idi. Ancaq mənim üçün əsas futbol oynamaqdı. Hamınıza uğurlar və hər şeyin ən yaxşısını diləyirəm”.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16097 səs