11/05/2019
19:54
1017
| A A A
Mövsüm Qarabağ-ın Neftçi-nin üzərində qələbəsi ilə yekunlaşdı

Bu gün Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulub.

Goal.az xəbər verir ki, sonuncu turun bütün görüşləri eyni gündə keçirilib. Günün ilk oyununda “Səbail”, sonuncu sırada qərarlaşan “Keşlə”ni qəbul edib. Qonaqlar bu görüşdə darmadağınla qalib gəliblər.

“Sabah” “Zirə” ilə üz-üzə gəlib. Bu oyun da qonaqların qələbəsiylə yekunlaşıb.

Azərbaycan kubokunun finalında bir-birlərinə rəqib olan “Sumqayıt”la “Qəbələ” bu turda üz-üzə gəlib. Premyer Liqanın son turundakı bu oyun hər iki komandanın məşqçilərinə rəqibi bir daha təhlil etmək baxımından faydalı olub. Qarşılaşma isə meydan sahiblərinin minimal hesablı qələbəsiylə bitib.

Turun mərkəzi oyununda isə çempionluğunu rəsmiləşdirən “Qarabağ” səfərdə “Neftçi” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı matçda sevinən tərəf Ağdam klubu olub.

Azərbaycan Premyer Liqası, 28-ci tur

11 may

Səbail – Keşlə 1:4

Qol: Oke Akpoveta, 53 – Andre Klennon, 7. Edvinas Girdvainis, 38. Samir Məsimov, 45. Conatan Ayite, 73.

Qırmızı vərəqə: Edvinas Girdvainis, 52 (“Keşlə”)

Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“ASCO Arena”, 15:00

Səbail: 25. Elxan Əhmədov, 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 33. Tome Kitanovski, 8. Yevgeni Koçuk, 28. Kevin Kubemba, 21. Oke Akpoveta, 77. Ədilxan Qarəhmədov

Ehtiyat oyunçular: 50. Fərhad Vəliyev, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 4. Enrike Perilyo, 99. Jarjue Maudo, 27. Emil Martinov, 9. İmanol İriberri, 6. Maykl Essyen, 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı,7. Fəhmin Muradbəyli

Baş məşqçi: Aftandil Hacıyev

Keşlə: 16. Şahin Zəkiyev, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov (k), 93. Edvinas Girdvainis, 17. Samir Məsimov, 23. Conatan Ayite, 14. Andre Klennon, 25. Con Kamara, 32. Valeri Kutsenko, 2. Sərtan Taşqın, 11. Vüsal İsgəndərli

Ehtiyat oyunçular: 56. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 8. Seymur Əsədov, 24. Fuad Bayramov, 9. Amil Yunanov, 21. Angelo Pena, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 90. Orxan Fərəcov

Baş məşqçi: Tərlan Əhmədov

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15687 səs