13/05/2019
18:00
415
| A A A
Səbail kapitanla müqaviləni yenilədi

"Səbail" klubu kapitanı Rahid Əmirquliyevlə müqavilə müddətini uzadıb.

Goal.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi ilə bir illik sözləşmə əldə olunub.

Əmirquliyev bu komanda ilə ilk dəfə 2018-ci il mayın 26-da Ağabala Ramazanovla birgə anlaşıb. Ramazanov klubda mövsümün futbolçusu seçilib.

Qeyd edək ki, "Səbail" 2018/2019 mövsümünü bürünc medalla başa vuraraq Avropa Liqasına vəsiqə qazanıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16098 səs