13/05/2019
20:15
988
| A A A
Səbail 2 futbolçu ilə yolları ayırdı

"Səbail" daha 2 futbolçu ilə yollarını ayırıb.

Goal.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Aftandil Hacıyev deyib.

O bildirib ki, braziliyalı müdafiəçi Enrike Perilyo və argentinalı hücumçu İmanol İriberiyə yeni müqavilə təklif edilməyib. Anlaşma müddəti başa çatan hər iki cənubi amerikalı birdəfəlik yola salınıb. Bu, "Səbail"in 4-cü ayrılığı olub. Komanda buna qədər Tamazi Tsetsxaladze və Ruslan Qurbanovla vidalaşmışdı.

Qeyd edək ki, Premyer Liqada 3-cü yeri tutan "Səbail" gələn mövsüm Azərbaycanı Avropa Liqasında təmsil edəcək. qol.az

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22436 səs