14/05/2019
15:24
251
| A A A
Mövsümün son cərimələri
AFFA İntizam Komitəsinin bu gün iclası keçirilib.
Goal.az-ın məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının son turunda baş vermiş neqativ hallar dəyərləndirilib.“Keşlə” ilə görüşdə 4 futbolçusu sarı vərəqə alan “Səbail” 800 manat cərimələnib. Oyunun 51-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan “Keşlə”nin müdafiəçisi Edvinas Girdvainis 1 oyunluq diskvalifikasiya olunub, klubunu 200 manat xərcə salıb.
“Sumqayıt” – “Qəbələ” matçında “Qəbələ”nin 5, “Neftçi” – “Qarabağ” qarşılaşmasında isə “Qarabağ”ın 6 futbolçusu sarı vərəqə alıb. Bu üzdən hər iki kluba 800 manat cərimə kəsilib. 

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15687 səs