19/05/2019
10:00
982
| A A A
Azərbaycan kubokunun qalibi müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan kubokunun final oyunu keçiriləcək.

Goal.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası stadionunda baş tutacaq görüşdə Qəbələ və Sumqayıt klubları üz-üzə gələcək. Nominal meydan sahibi sayılan “qırmızı-qaralar” indiyədək 3 dəfə həlledici görüşə vəsiqə qazansalar da, hamısında uduzublar. Qəbələnin eyni adlı təmsilçisi 2013/2014 mövsümündə Neftçi-yə (1:1, pen. 2:3), son iki ildə isə Qarabağ (0:2) və Keşlə-yə (0:1) məğlub olub.

Sumqayıt isə tarixində ilk dəfə finala adlayıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Naxçıvanda zəfər çalarsa, avrokubokda da “siftə” etmiş olacaq.

Qeyd edək ki, 2018/2019 mövsümündə Premyer Liqanın qalibi Qarabağ olub. Ağdam təmsilçisi ölkəni Çempionlar Liqasında, gümüş mükafatçı Neftçi ilə 3-cü yeri tutan Səbail isə Avropa Liqasında təmsil edəcək. Kubokun qalibi də son iki komandaya qoşulacaq.

Azərbaycan Kuboku

Final

19 may

17:00. Qəbələ – Sumqayıt

Naxçıvan Muxtar Respublikası stadionu. Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17627 səs