20/05/2019
10:41
846
| A A A
Monroz Qəbələ-dən ayrılır

“Azərbaycan Kubokunun “Qəbələ” üçün çox vacib titul olduğunu fikirləşirəm. Çünki bu klubun ilk tituludur”.

Goal.az xəbər verir ki, bunu “Report”a “Qəbələ”nin futbolçusu Stiven Monroz Azərbaycan Kubokunun finalında “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri oyunda sonra deyib. Matçda vurulan yeganə qolun müəllifi olan 29 yaşlı hücumçu kuboku əyalət təmsilçisinin sabiq prezidenti Tale Heydərovla baş məşqçi Sənan Qurbanova həsr etdiklərini bildirib: “Bütün komanda bu titulu qazanmaq üçün çalışdı. Bizim üçün çox vacib qələbə idi. Mənim üçün əsas olan “Qəbələ”nin kuboku qazanması idi. Şəxsi olaraq məndən ötrü matç yaxşı keçdi, komandamın qələbə qolunu vurdum. Hesab edirəm ki, klub üçün mövsümün sonu yaxşı oldu”.

Monrozun sözlərinə görə, bu, onun “Qəbələ”də son oyunu olub: “Neftçi”yə keçib-keçməyəcyim barədə heç nə deyə bilmərəm. Zamanla nələrin olacağını görəcəyik”.

Qeyd edək ki, Monroz 2017-ci ilin yayında “Qəbələ”də çıxış edirdi.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17618 səs