22/05/2019
17:52
1261
| A A A
AYIN FUTBOLÇUSU - AĞABALA RAMAZANOV

Azərbaycan Premyer Liqasında aprel və may aylarının ən yaxşı futbolçusu müəyyənləşib.

GOAL.az-ın keçirdiyi səsvermə nəticəsində ayın ən yaxşısı oyunçusu Səbail-in hücumçusu Ağabala Ramazanov seçilib. O 38,03 faiz göstərici ilə rəqiblərini qabaqlayıb. O fevral ayında da ayın oyunçusu seçilmişdi.

Qalib PFL-in təqdim etdiyi 1 futbolçu, klub kapitanları tərəfindən ən çox adı çəkilən 2 futbolçu və ay ərzində ən çox qol vuran namizəd arasından oxucular tərəfindən seçilib. Aprel ayı üçün ən yaxşı oyunçu adına namizədlər arasında Ağabala Ramazanovla yanaşı Mahir Mədətov, Abdullah Zubir (hər ikisi Qarabağ) və Namiq Ələsgərov (Neftçi) yer alıb.

Xatırladaq ki, sentyabrda Neftçi-nin qapıçısı Səlahət Ağayev, oktyabrda onun komanda yoldaşı Baqali Dabo, noyabrda Qəbələ-nin yarımmüdafiəçisi Ceyms Adeniyi, dekabrda Qarabağ-ın hücumçusu Mahir Mədətov, fevralda Səbail-in hücumçusu Ağabala Ramazanov, martda Mamadu Mbodj ayın futbolçusu seçilib.

No photo description available.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17750 səs