04/06/2019
16:21
1973
| A A A
Qəbələ-də yeddinci ayrılıq

“Qəbələ” müdafiəçi Urfan Abbasovla yollarını ayırıb.

Goal.az klubun saytına istinadən xəbər verir ki, futbolçu 2019-2020-ci illər mövsümündən “qırmızı-qara” formada çıxış etməyəcək.

27 yaşlı müdafiəçi 2011/12 mövsümündən komandanın şərəfini qoruyub. O, bu müddətdə 220 matçda meydana çıxıb. Müdafiəçinin hesabında 3 qol var. Abbasov Premyer Liqada 177, kubokda 28, Avropa Liqasında 15 matça çıxıb. Urfan bütün qollarını ölkə çempionatında vurub.

O, “Qəbələ”də keçirdiyi 8 mövsümdə Premyer Liqanın beş mükafatını qazanıb. Müdafiəçi 2016/17 və 2017/18 mövsümlərində gümüş, 2013/14, 2014/15 və 2015/16 mövsümlərində bürünc medala yiyələnib. Abbasov 2018/19 mövsümündə Azərbaycan kubokunun qalibi, 2013/14, 2016/17 və 2017/18 mövsümlərində finalçısı olub.

Qeyd edək ki, mövsüm başa çatandan sonra Cavid Hüseynov, Elvin Camalov, Stiven Jozef Monroz, Lalavele Atakora, Sabien Lilay və Rauf Əliyev də "Qəbələ"dən ayrılıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33189 səs