05/06/2019
10:13
2533
| A A A
Azərbaycan Premyer Liqasında yeni mövsümün başlanma tarixi bəlli olub

Azərbaycan Premyer Liqasında 2019-2020-ci illər mövsümünün başlanma tarixi məlum olub. Goal.az xəbər verir ki, növbəti mövsüm avqustun 16-da start götürəcək. Çempionatda 8 komanda mübarizə aparacaq. Klublar dairəvi sistemlə 4 dövrədə qüvvələrini sınayacaqlar.

Premyer Liqada 2019/20 mövsümünün transfer pəncərələrinin vaxtı da bəllidi. Mövsümün yay transfer pəncərəsi 6 gündən sonra açılacaq. Bu dövr 2019-cu ilin 11 iyun – 2 sentyabr tarixlərini əhatə edəcək.

Qış transfer pəncərəsi isə 2020-ci ilin 7 yanvar - 3 fevral tarixində açıq olacaq.

Qeyd edək ki, yeni mövsümə avqustun 16-da start veriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33188 səs