15/06/2019
13:01
2224
| A A A
Neftçi Türkiyəyə yollandı

"Neftçi" komandası təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə gedib.

Goal.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "ağ-qaralar" iyulun 1-dək Topuk yaylası bölgəsindəki "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq. Flaqman qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-də, 25-də və 30-da baş tutacaq.

Ayın 30-dakı rəqib Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər hələlik müəyyənləşməyib.

Səfər öncəsi klub Rauf ƏliyevVoislav Stankoviç və yarım ildən sonra Cənubi Koreya "Dequ"sundan geri qayıdan Dario Frederikonu transfer edib. 

Qeyd edək ki, "Neftçi" xaricdə toplanışa başlayan ilk Azərbaycan klubu olub. "Ağ-qaralar" 2019/2020 mövsümündə də Avropa Liqasında mübarizə aparacaqlar. I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37497 səs