17/06/2019
11:27
1558
| A A A
Ankaragücü-nün məşqçisi istefaya göndərildi

Ankaragücü baş məşqçisiz qalıb.

Goal.az xəbər verir ki, Super Liqa təmsilçisinin çalışdırıcısı Mustafa Kaplan istefa verdiyini açıqlayıb.

O, bu barədə sosial şəbəkə hesabında yaydığı vida məktubunda məlumat verib. 51 yaşlı mütəxəssis 6 aylıq fəaliyyətini başa vurduğunu bəyan edib.

Mustafa Kaplan Ankaragücü-nü yanvar ayından çalışdırırdı. Onun rəhbərliyi altında 17 oyuna çıxan paytaxt təmsilçisi, 5 qələbə qazanıb, 5 heç-heçəyə imza atıb, 7 dəfə də məğlub olub. Komanda mövsümü 13-cü pillədə başa vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37497 səs