07/07/2019
09:44
2086
| A A A
Neftçi-də növbəti müqavilə

"Neftçi" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Goal.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "ağ-qaralar" Rəhman Hacıyevlə sözləşməni daha 1 il müddətinə artırıb. Anlaşmaya görə, 25 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümünün sonunadək paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

"Neftçi" buna qədər Səlahət Ağayev, Mirabdulla Abbasov və Namik Ələsgərovun müqaviləsinin müddətini uzadıb.

Qeyd edək ki, 2014/2015 mövsümündən "Neftçi"də çıxış edən Rəhman bu müddət ərzində meydana çıxdığı 145 oyunda 15 qola imza atıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37502 səs