05/08/2019
16:21
2332
| A A A
"Topaz" Azərbaycan Premyer Liqasına sponsorluqdan imtina etdi

"Topaz" növbəti mövsümdən etibarən futbol üzrə Azərbaycan Premyer Liqasının sponsoru olmayacaq.

Goal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

O, bu gün keçirilən yeni mövsümün püşkatmasından öncə bildirib ki, mərc oyunları operatorunun istəyi ilə əməkdaşlığa son qoyulub. Onun sözlərinə görə, çempionatın startınadək yeni sponsorla bağlı qərar qəbul ediləcək: "Ayın 16-a kimi sponsorluqla bağlı yeni qərar qəbul olunacaq".

Qeyd edək ki, Topaz 2012-ci ildən Azərbaycan Premyer Liqasının sponsoru idi.

money.az currency