08/08/2019
16:00
990
| A A A
I Divizionun püşkü atıldı

Futbol üzrə Azərbaycan I Divizionunda 2019/2020 mövsümünün püşkü atılıb.

Goal.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak edib. Yalnız "Kəpəz"in nümayəndəsi mərasimə qatılmayıb.

"Şüvəlan" fəaliyyətini dayandırdığı üçün çempionat bu mövsüm 13 komandanın iştirakı ilə keçiriləcək. Hər tur bir komanda istirahət edəcək. Birinci turda bu, "Qarabağ"a şamil olunacaq.

I tur

"Zaqatala" - "Sabah-2"

"Neftçi-2" - "Keşlə-2"

"Qaradağ Lökbatan" - Sumqayıt-2"

"Kəpəz" - MOİK

"Səbail-2" - "Turan Tovuz"

"Zirə-2" - Ağsu"

Qeyd edək ki, yeni mövsümə avqustun 23-də start veriləcək.

money.az currency