03/09/2019
15:12
1556
| A A A
AFFA Neftçi - Sumqayıt matçında baş verənlərlə bağlı cəzaları açıqladı
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında III turun "Neftçi" - "Sumqayıt" matçında baş verənlərlə əlaqədar tədbir görüb. 
Goal.az həmin qərarları təqdim edir:
* Premyer Liqanın III turunun "Neftçi” - "Sumqayıt” matçının 82-ci dəqiqəsində "Sumqayıt” klubunun futbolçusu Murad Xaçayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur
* Oyunun 90+4-cü dəqiqəsində "Neftçi” klubunun futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
* Oyunun 90+4-cü dəqiqəsində "Sumqayıt” klubunun futbolçusu Vurğun Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 37.2).
* Oyunun 90+4-cü dəqiqəsində "Neftçi” klubunun məşqçisi Etibar Tarıverdiyev rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə 20 oyun cəzalanır, klub 16000 manat cərimə olunur.
* "Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında aqressiv fikirlər səsləndirdiyinə görə, İntizam Komitəsinin 28 avqust 2019-cu il tarixli iclasında Ayxan Abbasov haqqında çıxarılmış ciddi xəbardarlıq qərarı da nəzərə alınmaqla 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.
* Oyun başa çatdıqdan sonra "Neftçi” klubuna aid olan, amma A buraxılış vəsiqəsi olmayan şəxslər meydana daxil olduğu üçün klub 800 manat cərimə olunur.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33740 səs