08/10/2019
20:17
1187
| A A A
Zirə-nin yeni baş məşqçisi kim olacaq?

Samir Abbasovun "Zirə"dən istefaya göndərilməsindən sonra artıq mətbuatda klubun bir neçə mütəxəssislə danışıqlar aparması barədə xəbərlər yayılıb.Əslində isə klub rəhbərliyi baş məşqçi postunu həvalə edəcəyi baş məşqçinin adını müəyyənləşdirib.

Goal.az "Sportlife.az"a istinadən xəbər verir ki, bu, Aftandil Hacıyevdi. Bildirilir ki, bu keçid hələ mövsümün əvvəlində reallaşa bilərmiş. Hətta Premyer Liqanın ilk turuna start verilməmişdən öncə Aftandil Hacıyev "Zirə" ilə münasibətləri rəsmiləşdirməyə yaxın imiş.  Samir Abbasov da bundan xəbərdar olub.

Lakin sonradan "Səbail" rəhbərliyinin, konkret olaraq Tamerlan Abdullayevin Hacıyevdən klubda qalmasını xahiş etməsindən sonra "Zirə" də planlarını qışa qədər uzatmağa məcbur qalıb.

İndi "Zirə" və Aftandil Hacıyev əməkdaşlığının rəsmiləşməsi üçün ikincinin "Səbail"dən ayrılması lazımdır. Bu, ən geci qışda baş verəcək. Amma təyinatın daha da tez baş tutması mümkündür.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36012 səs