31/10/2019
14:00
302
| A A A
Sumqayıt-ın Müşahidə Şurasının tərkibində dəyişiklik edildi

“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Azərikimya” İB-də baş tutan toplantıda “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, Müşahidə Şurasının üzvləri – İmran Arzumanzadə, Vaqif Ömərov, Teymur Səmədov, Telman Salahov və Abdulla Məmmədov iştirak ediblər.

Əəsas komandanın çıxışı, akademiyanın cari mövsümdəki fəaliyyəti, klubun infrastrukturu ilə bağlı yeni layihələr, Müşahidə Şurasına yeni üzvlərin seçilməsi və digər məsələlər müzakirə edilib.

Yekunda “Kapital Bank” ASC-nin Müştəri Menecmenti və Məhsullar Departamentinin direktoru Fərid İslamov, həmçinin “Paşa Həyat Sığorta” ASC-nin Satış və Marketinq departamentinin rəisi Vüsal Nağıyevin şuraya üzv seçilməsi iclas iştirakçıları tərəfindən yekdilliklə qəbul olunub.

Sonda Müşahidə Şurası tərəfindən klubun rəhbərliyinə bəzi məsələlərlə bağlı müxtəlif tapşırıqlar verilib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39459 səs