04/11/2019
10:44
805
| A A A
Səbail-in futbolçusu Fransa və İslandiya ilə oyunlara dəvət edilib

Moldova millisinin yeni baş məşqçisi Engin Fırat Fransa və İslandiya yığmaları ilə AVRO-2020-nin seçmə oyunlarına çağırılan legionerlərin siyahısını açıqlayıb.

Goal.az-ın məlumatına görə, türkiyəli mütəxəssis Azərbaycan Premyer Liqasından yalnız "Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuka dəvət göndərib. Əvəzində "Keşlə"nin qapıçısı Stanislav Namaşko yenə kənarda qalıb. Namaşko sonuncu dəfə iyunun 8-də Albaniya və iyunun 11-də Andorra ilə keçirilmiş matçlara çağırılıb. Lakin o, həmin qarşılaşmalarda ehtiyatda saxlanılıb.

Qeyd edək ki, Moldova Fransa ilə noyabrın 14-də səfərdə, İslandiya ilə iyunun 17-də evdə üz-üzə gələcək. Yevgeni Koçukun komandası 8 oyundan 3 xalla H qrupunda sonuncu pillədə qərarlaşıb. (Report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39459 səs