02/12/2019
09:50
357
| A A A
Premyer Liqada XIII tura yekun vurulur

Bu gün Azərbaycan Premyer Liqasında XIII turun son oyunu keçiriləcək.

Goal.az-ın məlumatına görə, "Bank Respublika Arena"da "Sabah" və "Qarabağ" komandaları üz-üzə gələcək.

Matç hər iki komanda üçün ciddi əhəmiyyətə malikdir. Yeni baş məşqçi Jelko Sopiçin rəhbərliyi altında ilk oyununa çıxacaq. "Sabah" qələbə qazansa, xallarını 16-ya çatdıracaq və 5-ci pilləyə yüksələcək. Bu halda Ağdam komandası "Sumqayıt" (1:2) və "Sevilla"dan (0:2) sonra ardıcıl üçüncü məğlubiyyətə düçar olacaq. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv qalib gələcəyi təqdirdə, ən yaxın izləyiciləri "Keşlə" və "Neftçi"ni yenə özündən 8 xal geridə qoyacaq.

Azərbaycan Premyer Liqası, XIII tur

20:00. “Sabah” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: İlham Əliyev

“Bank Respublika Arena”

Qeyd edək ki, turun ilk 3 oyununda "Qarabağ" "Zirə"ni 3:0, "Keşlə" "Sumqayıt"ı 2:1 hesabı ilə yenib. "Səbail" - "Neftçi" matçında isə hesab açılmayıb - 0:0.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1029 səs