15/12/2019
13:00
3144
| A A A
AYIN FUTBOLÇUSU - PEYMAN BABAYİ

Azərbaycan Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

GOAL.az-ın keçirdiyi səsvermə nəticəsində ayın ən yaxşısı oyunçusu Sumqayıt-ın hücumçusu Peyman Babayi seçilib. O 51,45 faiz göstərici ilə rəqiblərini qabaqlayıb.

Qalib PFL-in təqdim etdiyi 1 futbolçu, klub kapitanları tərəfindən ən çox adı çəkilən 2 futbolçu və ay ərzində ən çox qol vuran namizəd arasından oxucular tərəfindən seçilib. Noyabr ayı üçün ən yaxşı oyunçu adına namizədlər arasında Davit Volkov (Qəbəlı), Stiven Jozef Monroz (Neftçi) və Riçard Qadze (Zirə) yer alıb.