13/01/2020
20:54
937
| A A A
Neftçi legioneri ilə vidalaşdı

“Neftçi” PFK müdafiəçi Kiril Petrovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Goal.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı futbolçuya gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Kiril Petrov bu mövsüm “Neftçi”nin heyətində 17 oyunda meydana çıxıb.