14/01/2020
18:40
2656
| A A A
Sumqayıt məğlubiyyətlə başladı

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” klubu bu gün ilk yoxlama oyununu keçirib.

Goal.az xəbər verir ki, “kimyaçılar” Macarıstan təmsilçisi “Kapoşvar”la qarşılaşıb. Görüş Bakı vaxtı ilə saat 16:00-da start götürüb.

Kifayət qədər məhsuldar alınan bu oyunda qapılara bütövlükdə 7 qol vurulub. Sumqayıtlılar 3 qola sevindikləri bu matçdan məğlub ayrılıblar.

“Sumqayıt” Türkiyədə bundan əlavə daha üç yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 17-də Rumıniyanın “Politexnika İaşi”, 21-də Polşanın “Arka”, 25-də isə Qazaxıstanın “Şaxtyor” klubları ilə qarşılaşacaq.

Yoxlama oyunu

14 yanvar

Sumqayıt – Kapoşvar (Macarıstan) 3:4

Qol: Mehdi Şərifi, 14. Xəyal Nəcəfov, 68. Amil Yunanov, 76.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5454 səs