23/01/2020
13:47
2890
| A A A
Qarabağ-da yeni hücumçu

"Qarabağ" La Liqa təmsilçisi "Leqanes"in futbolçusu Ovusu Kvabenanın transfer etdiyini açıqlayıb.

Goal.az xəbər verir ki, klub rəsmi "Feysbuk" səhifəsi vasitəsi ilə qanalı hücumçunun Ağdam klubunun forması ilə şəklini paylaşıb və "Xoş gəldin, Ovusu !" sözlərini yazıb. Müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, O.Kvabena bu mövsümü ilk hissəsini icarə əsasında Sequnda təmsiçisi "Kordoba"da keçirmişdi.